Saytın qonağı | Yevda Abramova nə sualın var?

Saytımızın növbəti qonağı deputat Yevda Abramovdur.
Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirib və pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.
Azərbaycan, türk, rus və fars dillərini bilir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milliyətcə yəhudidir.
Ailəlidir, 4 övladı var.